[b]Fransalılarla 19-cu sınaq[/b]
19.10.2016 - 14:35
[b]Fransalılarla 19-cu sınaq[/b]

Avropa Liqasının qrup mərhələsinin III turunun “Sent-Etyen” - “Qəbələ” qarşılaşması Azərbaycan və Fransa klubları arasında 19-cu matç olacaq. Apasport.az saytının məlumatına görə, indiyədək iki ölkə təmsilçiləri 18 dəfə görüşüb.

 

Bu matçlardan 10-u yığma, 8-i klub səviyyəsində baş tutub. 15 oyunda kişi, 3 görüşdə isə qadın komandaları münasibətlərini aydınlaşdırıb.

 

İlk belə matç 1994-cü ildə əsas yığmalar arasında keçirilib. AVRO-1996-nın Trabzondakı səfər oyunu Fransa millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 9 ay sonra keçirilən səfər matçımız isə Oser faciəsi kimi tarixə düşüb. Çünki Zinəddin Zidan və komanda yoldaşları 10 cavabsız qolla qalib gəlib.

 

9 ildən sonra – 2004-cü ildə iki ölkənin 19 yaşadək qızlardan ibarət yığmalarının oyununda da eyni nəticə yaşanıb. Fransalılar bu dəfə də 10:0 hesabı ilə qalib gəlib.

 

Ümumiyyətlə, 18 matçdan 12-dən uduzan komandalarımız 8 darmadağın yaşayıb. 4 qarşılaşma isə heç-heçə nəticələnib.

 

Cəmi 2 qələbəsi olan təmsilçilərimizin ilk uğuru 2005-ci ildə qeydə alınıb. Həmin vaxt U-17 yığmamız 2 cavabsız qolla qələbə əldə edib. Bu il Avropa Liqasının III təsnifat mərhələsində “Lill”lə görüşən “Qəbələ” evdə minimal hesablı nəticəyə sevinib.

 

Komandalarımız klub səviyyəsindəki matçlarda daha yaxşıdı. Yığmalarımız 10 oyunda 1 qələbə qazanıb, 9 dəfə uduzubsa, klublarımız 8 görüşdə yalnız 3 dəfə uduzub. 1 qələbə və 4 heç-heçsi olan təmsilçilərimizin məğlubiyyətlərindən də ikisi uzaq 1999-cu ilə təsadüf edir. 6 qol vuran komandalarımız 58 top buraxıb.

 

U-17

17.03.2005. Fransa - 2:0 (n)

U-19

30.09.2004. Fransa - 0:3 (n)

26.03.2015. Fransa - 0:2 (s)

U-21

13.12.1994. Fransa - 0:5 (e)

06.09.1995. Fransa – 0:5 (s)

U-19 (qızlar)

30.09.2004. Fransa - 0:10 (n)

28.04.2009. Fransa - 0:2 (n)

U-17 (qızlar)

09.10.2008. Fransa - 0:6 (n)

Əsas milli

13.12.1994. Fransa - 0:2 (e)

06.09.1995. Fransa – 0:10 (s)

İntertoto kuboku

04.07.1999. “Qarabağ” – “Monpelye” (Fransa) - 0:3

11.07.1999l. “Monpelye” (Fransa) - “Qarabağ” - 6:0

Avropa Liqası

18.09.2014. “Qarabağ” – “Sent Etyen” (Fransa) - 0:0

27.11.2014. “Sent-Etyen” (Fransa) – “Qarabağ” - 1:1

22.10.2015. “Monako” (Fransa) – “Qarabağ” – 1:0

05.11.2015. “Qarabağ” – “Monako” (Fransa) – 1:1

28.07.2016. “Lill” (Fransa) – “Qəbələ” – 1:1

04.08.2016. “Qəbələ” – “Lill” (Fransa) – 1:0

 

 

0