[b]Futbol tarixində görünməmiş cəza[/b]
25.10.2017 - 09:52
[b]Futbol tarixində görünməmiş cəza[/b]

İngiltərənin KPR klubu ağır cəzaya məruz qalacaq. Apasport.az saytının məlumatına görə, Böyük Britaniya mətbuatı Çempionşip klubuna futbol tarixində görünməmiş cərimənin veriləcəyini iddia edir.

 

Maliyyə feyr-pleyinə əməl etməyən KPR 40 milyon funt sterlinq cəzalanacaq. London klubu icazə verilən məbləğdən artıq pul xərcləməkdə ittiham olunur.

 

Paytaxt klubunun 2013/14 mövsümündəki maliyyə hesabatını indi aparılan araşdırmaları daha bir fırıldağın üstünü açıb. Belə ki, KPR rəhbərliyi 60 milyon funt sterlinq dəyərində kredit borclarını gizlədib.