Türkiyə kubokunun qrup mərhələsinin III turunda növbəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, bu dəfə millimizin üzvlərinin komandaları qarşılaşıb.
Belə ki, A qrupunda yer alan Cihan Özkaranın formasını geyindiyi “Sivasspor” doğma publika önündə Vaqif Cavadov və Ufuk Budakın çıxış etdiyi “Qaziantep BB”ni sınağa çəkib.
Yeni baş məşqçisi Sərgən Yalçınla debüt matçına çıxan Sivas klubu rəqibini darmadağın edib. Görüş 4:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Komandasının 3 xal qazandığı oyunda Cihan “18-liy”ə daxil edilməyib. Özkara kimi Ufukun da adı oyun protokoluna salınmayıb. Təmsilçilərimizdən yalnız Vaqif forma geyinib. Start heyətdə meydana çıxan Cavadov 86-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Sivasspor” 3 oyundan sonra ilk 3 xalına sevinərək, qrupda 3-cü pilləyə yüksəlib. Aktivində 1 xalı olan “Qaziantep BB” sonuncu yerdə qərarlaşır.
Türkiyə kuboku
Qrup mərhələsi, III tur
24 dekabr
A qrupu
“Sivasspor” - “Qaziantep BB” - 4:0
|
1. |
Tuzlaspor |
2 |
2 |
0 |
0 |
6:3 |
6 |
|
|
2. |
Qaziantepspor |
2 |
1 |
1 |
0 |
2:1 |
4 |
|
|
3. |
Sivasspor |
3 |
1 |
0 |
2 |
6:5 |
3 |
|
|
4. |
Qaziantep BB |
3 |
0 |
1 |
2 |
2:7 |
1 |
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı