[b]Futbolçularımızın dueli baş tutmadı[/b]
08.02.2015 - 00:01
[b]Futbolçularımızın dueli baş tutmadı[/b]

Türkiyə PTT I Liqasının XIX turunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, bu tur millimizin futbolçularının klubları üz-üzə gəlib.

 

Belə ki, yığmamızın müdafiəçisi Mahir Şükürovun şərəfini qoruduğu “Karşıyaka” doğma azarkeşləri önündə yarımmüdafiəçimiz Cavid İmamverdiyevin formasını geyindiyi “Elazığspor”u sınağa çəkib. Görüşdə ev sahibləri 2:1 hesabı ilə qalib gəlib.

 

Bu oyunda təmsilçilərimizin dueli baş tutmayıb. Çünki Mahirin start heyətdə meydana çıxıb, 90 dəqiqə mübarizə apardığı matçda Cavid yer almayıb. İmamverdiyevin adı heç “18-liy”ə belə salınmayıb.

 

Qeyd edək ki, bu qələbədən sonra “Karşıyaka” 29 xal toplayıb və turnir cədvəlində müvəqqəti də olsa, 5-ci pilləyə yüksəlib. “Elazığspor” isə 23 xalla 11-ci sırada yer alır.