"Kəpəz"in bazası cari mövsümün sonuna qədər hazır olmayacaq. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Gəncə klubunun baş məşqçisi Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis ot örtüyünün və bazanın tam hazır olması üçün maya qədər gözləməli olacaqlarını söyləyib: "Şəhər rəhbərliyi bizə maya qədər bazanın hazır olacağını bildirib. Yəni, o vaxta qədər buna uyğun proqramımızı quracağıq. Açığı, hər hansı bir uğursuzluğu bununla bağlamaq doğru deyil. Düzdü, az da olsa təsiri olur. Amma hər şeyi bununla əlaqələndirməyimiz düzgün olmaz. Biz yalnız oyunumuza, meydandakı çıxışımıza baxırıq. Belə məsələlərlə isə rəhbərlik məşğul olur".
Qeyd edək ki, Topaz Premyer Liqasının XXII turunda "İnter"ə (0:1) məğlub olan "Kəpəz" hazırda turnir cədvəlinin V pilləsində qərarlaşıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”