[b]Gəncədə Gəncəyə 398 günə[/b]
07.04.2018 - 16:03
[b]Gəncədə Gəncəyə 398 günə[/b]

Vaqif Cavadov Azərbaycan çempionatlarında qol həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXII turunun hazırda davam edən “Kəpəz” – “Keşlə” görüşündə qonaqların heyətində hesabı açan hücumçu cari mövsümdə ilk dəfə fərqlənib.

 

Gəncəcəki oyuna qədər Vaqif Premyer Liqada son qolunu ötən mövsümdə vurub. O, 2016/17 mövsümündə AZAL-da çıxış etdiyi vaxt da “Kəpəz”lə səfər matçında rəqib qapısına yol tapıb.

 

Cavadov 398 gün öncə Gəncədə qol sevinci yaşayıb. 2017-ci il martın 5-dəki “Kəpəz” – AZAL görüşü 1:1 hesabı ilə başa çatıb.

0