“Biz birinci hissədə oynaya bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq”un baş məşqçisi Georgi Çixradze deyib.
Gürcüstanlı mütəxəssis bu gün Topaz Premyer Liqasının VII turunda dogma meydanda “Sumqayıt” üzərində əzmkar qələbəni (3:2) şərh edib: “İlk 45 dəqiqə ağır keçdi. Ardıcıl oyunlarda qeydə alınan məğlubiyyətlər futbolçularımıza pis təsir etmişdi. Fasilədə oyunçularımla söhbət etdim, dəyişikliklərə getdik. Mən oyunçuları fasilədə yenidən oyuna köklədim. Futbolçular bu qarşılaşmada xarakter göstərdilər. Biz qara zolaqda idik. Amma “Sumqayıt” üzərində qazanılan qələbə ilə bu uğursuzluğa son qoyduğumuzu düşünürəm”.(pfl)