“Rəvan”la yollarımız ayrıldı. Bunun səbəbi müqaviləmin başa çatmasıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan”ın sabiq baş məşqçisi Güvənc Kurtar deyib.
Topaz Premyer Liqasının 2013/14 mövsümü başa çatan kimi postunu tək edən türkiyəli çalışdırıcı vətənində verdiyi açıqlamada işsiz qaldığını təsdiqləyib.
Bunun səbəbini açıqlayan Kurtar Azərbaycanda çalışmağın çətinliyini qeyd edib: “Bakı təmsilçisi ilə 4 aylıq anlaşmamız var idi. Bu müddət başa çatdığından yollarımız ayrıldı. Azərbaycan çempionatında çalışmaq çox çətindir. Amma çox şadam ki, belə bir imkan oldu və mən özümü orada sınadım. “Rəvan”da çalışdığım müddətdə daim rəhbərliyin dəstəyini hiss edirdim. Gələcək karyeramla bağlı heç nə deyə bilmərəm. Hələlik hər hansı bir təklif almamışam”.
Qeyd edək ki, “Rəvan” mövsümün yekununa əsasən, aşağı dəstəyə yuvarlanıb.