[b]Güvənc Kurtar "Rəvan"dan ayrıldı[/b]
18.05.2014 - 16:18
Topaz Premyer Liqasında daha bir baş məşqçi istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, "Rəvan" klubunun baş məşqçisi Güvənc Kurtar tutduğu postu tərk edib.
"Rəvan" son turda da məğlub olaraq, Premyer Liqanı sonuncu pillədə başa vurub. Bundan sonra klub rəhbərliyi türkiyəli çalışdırıcı ilə yollarını ayırıb. Kurtar artıq bu gün vətəninə yola düşüb.
Futbolinfo.az
0
0