[b]Hafiz Məmmədov: ...ac olması müsbət məqamdı[/b]
03.12.2014 - 14:41
[b]Hafiz Məmmədov: ...ac olması müsbət məqamdı[/b]

“Bildiyiniz kimi, toplantıda əsas məsələ yığmanın baş məşqçisi postuna təyinatla bağlı idi. Robert Prosineçkinin təyinatını dəstəkləyirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü, “Bakı” klubunun prezidenti Hafiz Məmmədov deyib.

 

Bu gün keçirilən İcraiyyə Komitəsinin iclasında maraqla gözlənilən məqam yeni baş məşqçinin təyinatının təsdiqi idi. Komitə üzvləri xorvatiyalı mütəxəssis Robert Prosineçkinin təyinatını dəstəkləməklə, milli üçün yeni bir eranı açdı.

 

Təyinatla bağlı danışan Məmmədov Xorvatiya ilə münasibətlərin xoş olmasını da qabartdı: “Bu təyinat mənim üçün xoş oldu. Bildiyiniz kimi, böyük oğlum həm də Xorvatiyanın ölkəmizdəki fəxri konsuludu. Azərbaycanla bu ölkə arasında da sıx əlaqələr var. Üstəlik, Xorvatiya futbolu da çox güclüdü, yaxşı nəticələr qazanıblar”.

 

Komitə üzvü Prosineçkinin uğura ac olmasının müsbət məqam olduğunu və bunun yığmamızın çıxışına təsir edəcəyini bildirdi: “Məşqçi kimi uğura ac olması müsbət məqamdı. Bu adam yığmamızla uğur qazanmaq üçün əlindən gələni edəcək”.