[b]Hafiz Məmmədov “Bakı”nın oyunundan razı qalıb[/b]
03.12.2015 - 22:50
[b]Hafiz Məmmədov “Bakı”nın oyunundan razı qalıb[/b]

“Çox danışmağa ehtiyac yoxdu. Futbol üçün əlverişsiz olan hava şəraitində oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Novruz Əzimov deyib.

 

Azərbaycan Kubokunun 1/4 final mərhələsində səfərdə “Rəvan”a məğlub olan “zolaqlılar”ın çalışdırıcısı oyunu belə şərh edib: “Məncə, futbolçular hər cür şəraitində oynamağa çalışmalıdırlar. Rəqibin heyətində vaxtilə “Bakı”ya məxsus 5 oyunçu vardı, biz Azərbaycan üçün futbolçu yetişdiririk. Oyunda vurulan yeganə qolun müəllifi Vüqar Bəybalayev də müqavilə ilə “Bakı”ya məxsusdur. Düşünürəm ki, futbolçularımız bu gün yaxşı mübarizə apardılar. Oyundan sonra “Bakı”nın prezidenti Hafiz Məmmədov ismarıc göndərərək, futbolçuların oyunundan razılığını ifadə edib. Bunun özü bizim işimizə verilən qiymətdir”.