[b]Hafiz Məmmədov: AFFA-ya təşəkkür edirik[/b]
13.08.2014 - 15:55
[b]Hafiz Məmmədov: AFFA-ya təşəkkür edirik[/b]

“Komandamızın düşdüyü acınacaqlı durumdan çıxmasında AFFA-nın böyük köməyi olub”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı” klubunun prezidenti Hafiz Məmmədov deyib.

 

O bildirib ki, dağılmaq təhlükəsi ilə qalan “Bakı” daim ölkə futbol qurumunun dəstəyini hiss edib: “Klub üçün çox çətin olan dövrdə AFFA-nın dəstəyi hiss olunurdu. Bu, çox zəruri idi. Mən komanda ilə görüşümdə də qeyd etdim ki, “Bakı” ilə assosiasiya arasında heç bir problem yoxdur. Biz AFFA-ya yalnız təşəkkür edə bilərik”.

 

Qeyd edək ki, dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı üçün “Bakı”nın Topaz Premyer Liqasının I turunun “Simurq”la qarşılaşması təxirə salınıb. Lakin çətinlikləri qismən arxada qoyan “zolaqlılar” II turun “Neftçi” ilə oyununa çıxa biləcək.

sportbox.az