Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Tvente” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Enshede təmsilçisi neçə vaxtdır heyətinə qatmaq istədiyi Hakim Ziyehin keçidini həll edib.
Bunadək “Herenven” klubunda çıxış edən 21 yaşlı yarımmüdafiəçini “Feyenoord” da heyətinə qatmaq istəsə də, Hollandiya U-21 millisinin üzvü “Tvente”yə üstünlük verib. Sabah yeni komandasında ilk məşqinə çıxacaq Hakim Avropa Liqası üçün iştirak ərizəsinə də daxil edilib.
Bu isə o deməkdi ki, orta sahə oyunçusunun debütü avqustun 21-də Bakıda baş tutacaq matçda gerçəkləşə bilər.