[b]Hakimlərimiz Polşada[/b]
14.07.2015 - 09:33
[b]Hakimlərimiz Polşada[/b]

Əksər klublarımız kimi, hakimlərimiz də Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünün hazırlıqlarına başlayıblar. Apasport.az saytının məlumatına görə, ədalət təmsilçilərimiz bu məqsədlə Polşaya yollanıblar.

 

Onlar iyulun 27-nə qədər Varka şəhərinə təlim-məşq toplanışında iştirak edəcəklər. AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun başçılıq etdiyi heyətdə 15 baş hakim, 17 laysman yer alır. Ancaq Məmmədov hələlik 28 hakimlə hazırlıq keçəcək. Çünki UEFA Çempionlar Liqası çərçivəsində bu gün keçiriləcək APOEL - “Vardar” matçına təyinat alan 4 hakimimiz (Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Həşimov, Fariz Yusifov) düşərgəyə bu qarşılaşmadan sonra qoşulacaqlar.

 

Qeyd edək ki, toplanışa yalnız Premyer Liqa oyunlarına təyinat alan referilər yollanıblar.