Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan azərbaycanlı hakimlərin bu gün idarə edəcəyi oyunlar dəqiqləşib. Apasport.az saytının məlumatına görə, ədalət təmsilçilərimiz
müxtəlif ölkələrdən olan komandaların iştirakı ilə keçirilən 5 qarşılaşmada söz sahibi olacaqlar.
Qeyd edək ki, yanvarın 13-dən hazırlığa başlayan referilərimiz ayın 27-də vətənə dönəcəklər.
"Kukesi" (Albaniya) - "Quanaçjou" (Çin)
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Mübariz Haşımov
"Kayserispor" (Türkiyə) - "Gölcükspor" (Türkiyə)
Hakimlər: Ramil Əhmədov, Mehman Mahmudov, Akif Əmirəli
"Diyarbakırspor" (Türkiyə) - "İstanbulspor" (Türkiyə)
Hakimlər: Mahir Məmmədov, Elman Musayev, Kamran Bayramov
"Giresunspor" (Türkiyə) - "Şanlıurfaspor" (Türkiyə)
Hakimlər: Ziya Nəsirov, Vaqif Musayev, Nahid Əliyev
"Silivrispor" (Türkiyə) - "Tirespor" (Türkiyə)
Hakimlər: Xəlil Xəlilov, Yaşar Abbasov, Zeynal Zeynalov