Əksər Premyer Liqa klubları kimi, hakimlərimiz də qış toplanışını Antalyada keçəcək. Bunu apasport.az saytına açıqlamasında Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
Komitə sədrinin sözlərinə görə, toplanış 13-27 yanvar aralığında baş tutacaq: “Ola bilsin ki, sonradan bu tarixdə 1-2 günlük dəyişiklik edildi. Həmişəki kimi, yenə “Miracle” otelində qalacağıq. Toplanışa 38 hakim cəlb olunacaq. Premyer Liqa referilərindən heç kim kənarda qalmayacaq. Orda əksər oyunları da bizim hakimlər idarə edəcək”.
Qeyd edək ki, hakimlərimiz adətən yay fasiləsində şərqi Avropaya, qışda isə Antalyaya yollanırlar.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı