[b]Həftənin ən yaxşısı kim olacaq?[/b]
04.05.2018 - 00:39
[b]Həftənin ən yaxşısı kim olacaq?[/b]

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ən yaxşı adını qazanmağa iki futbolçu iddialıdı.

 

Bunlardan biri İngiltərənin “Liverpul” klubunun hücumçusu Sadio Mane, digəri isə İspaniya çempionu “Real”ın qapıçısı Keylor Navasdı.

 

ÇL-nin yarımfinal cavab oyununda Almaniyanın “Bavariya” klubu ilə matçda 6 seyv edən Navas komandasının finala yüksəlməsində əsas pay sahiblərindən biri olub.

 

Mane isə “Liverpul”un İtaliya “Roma”sı ilə cavab oyununda (2:4) 1 qol vurub.

 

Həftənin ən yaxşı oyunçusunun adı UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğu nəticəsində müəyyənləşəcək.