[b]Həm rekord, həm də yubiley[/b]
14.09.2014 - 23:16
[b]Həm rekord, həm də yubiley[/b]

Topaz Premyer Liqasının V turunda səfərdə “Simurq”u məğlub edən (1:2) “Qəbələ” yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, həm də “qırmızı-qaralar”ın zəfəri yubileylə yadda qalıb.

 

Belə ki, Zaqatala klubu “Qəbələ”nin tarixi ərzində ən çox qol vurduğu komandadır. Baş məşqçi Dorinel Muntyanunun yetirmələri bu rəqiblə oyunlarda 30-cu topu vurub. Komanda heç bir başqa kluba bu qədər qol vura bilməyib. Ötən gün matçın 84-cü dəqiqəsində Dodonun 2-ci topu bu duellərdə yubiley xarakteri daşıyıb.

 

Həmçinin Dodonun ilk qolu da duellərində 50-ci top kimi tarixə düşüb. Çünki arxada qalan matçlarda “qırmızı-qaralar” 28, rəqibi 21 dəfə fərqlənib.