[b]Quliyev "Krasnodar"a qarşı oynadı[/b]
04.03.2018 - 12:33
[b]Quliyev "Krasnodar"a qarşı oynadı[/b]

Azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi "Rostov" Rusiya Premyer Liqasında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, komanda XXI turda "Krasnodar"ın qonağı olub.

 

İlk hissəsi 1:1 hesabı ilə başa çatan qarşılaşmanın ikinci yarısında meydan sahibləri daha 2 qol vuraraq, qələbə qazanıb. Meydana start heyətində daxil olan Quliyev 73-cü dəqiqədə Aleksandr Zuyevlə əvəzlənib.

 

Qeyd edək ki, "Rostov" 21 turdan sonra aktivindəki 25 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.