[b]Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı[/b]
12.10.2015 - 23:47
[b]Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı[/b]

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Könül Mehtiyeva Qadınlardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının 1/32 final mərhələsinin oyununa təyinat alıb. Apasport.az saytının məlumatına görə, o, oktyabrın 15-də Rusiyanın Ximki şəhərindəki “Rodina” stadionunda keçiriləcək “Zorki” (Rusiya) – “Atletiko Madrid” (İspaniya) qarşılaşmasının UEFA nümayəndəsi olacaq.

0