[b]Hər iki futbolçumuz sonadək mübarizə apardı[/b]
09.03.2015 - 00:01
Türkiyə PTT I Liqasında XXII turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin müdafiəçisi Mahir Şükürovun çıxış etdiyi “Karşıyaka” səfərdə yığmamızın digər üzvü Ufuq Budaqın formasını geyindiyi "Qaziantep BB" ilə üz-üzə gəlib.
Qarşılaşmada meydan sahibləri 2:0 hesablı qələbəyə sevinib.
Matçda hər iki futbolçumuz start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Budaq 35-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, aktivində 33 xalı olan "Karşıyaka" turnir cədvəlinin 8-ci, "Qaziantep BB" isə 29 xalla 11-ci pilləsində qərarlaşır.
0
0