Azərbaycan millisi tarixinin 11-ci seçmə mərhələsini – AVRO-2016-nın tsiklini başa vurub. Apasport.az saytının məlumatına görə, indiyədək 108 seçmə oyunu keçirən komandamızın heyətində ən çox matç keçirən futbolçu Rəşad Sadıqovdu.
33 yaşlı müdafiəçi seçmə mərhələlərdə 53 qarşılaşmaya çıxıb. Onun ən yazın izləyicisi futbolçu karyerasını başa vuran Emin Ağayevdi. Onun hesabında 37 belə qarşılaşma var. Ağayevdən 1 oyun az keçirən Aslan Kərimov siyahıda 3-cüdü.
Seçmə mərhələlərdə ən çox oyun keçirən 10 futbolçudan 4-ü karyerasını davam etdirir. Rəşaddan başqa Kamran Ağayev, Vaqif Cavadov və Vüqar Nadirov oyun sayını artırmaq imkanına malikdi.
|
1. |
Rəşad Sadıqov |
53 |
|
2. |
Emin Ağayev |
37 |
|
3. |
Aslan Kərimov |
36 |
|
4-7. |
Mahir Şükürov |
35 |
|
|
Mahmud Qurbanov |
35 |
|
|
Tərlan Əhmədov |
35 |
|
|
Kamran Ağayev |
35 |
|
8. |
Qurban Qurbanov |
34 |
|
9. |
Vaqif Cavadov |
31 |
|
10. |
Vüqar Nadirov |
29 |
Avropa çempionatlarının seçmə mərhələlərində 6-cı tsiklini arxada qoyan yığmamızın keçirdiyi 60 qarşılaşmada ən çox meydana çıxan Sadıqovdu. AVRO-2008-in oyunları zamanı baş məşqçi Şahin Diniyevin yığmaya çağırmadığı müdafiəçi buna baxmayaraq, hamını qabaqlayır. Onun hesabında 29 matç var. AVRO-2016-nın startınadək 1-ci olan Aslan Kərimov isə siyahıda ikincidi. İlk “üçlüy”ü isə Ağayev qapayır.
|
1. |
Rəşad Sadıqov |
29 |
|
2. |
Aslan Kərimov |
23 |
|
3. |
Emin Ağayev |
22 |
|
4. |
Tərlan Əhmədov |
21 |
|
5-6. |
Mahmud Qurbanov |
19 |
|
|
Kamran Ağayev |
19 |
|
7-9. |
Vaqif Cavadov |
17 |
|
|
Rahid Əmirquliyev |
17 |
|
|
Aleksandr Çertoqanov |
17 |
|
10-12. |
Qurban Qurbanov |
16 |
|
|
Vüqar Nadirov |
16 |
|
|
Emin İmaməliyev |
16 |