Topaz Premyer Liqasının XXI turunun son qarşılaşması daha iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, “Zirə” – “Rəvan” qarşılaşması (1:1) hər komandanın bir oyunçusunu itirməsi ilə nəticələnib.
Meydan sahibləri bu matçda Təmkin Xəlilzadəni itirib. Mövsümdə 4-cü sarı vərəqəsini alan 23 yaşlı yarımmüdafiəçi növbəti turun görüşünü buraxacaq. O, “Xəzər Lənkəıran”la səfər matçına yollanmayacaq.
“Rəvan”isə Kənan Müslümovsuz keçinməli olacaq. 34 yaşlı müdafiəçi ikinci sarı vərəqə üzündən qırmızı aldığı üçün bir matçlıq “istirahət” əldə edib. O, “Qəbələ” ilə ev oyununda forma geyinməyəcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”