[b]Həsrət 4-ə çatdı, Qurbanov yenə qol görmədi[/b]
24.03.2018 - 00:07
[b]Həsrət 4-ə çatdı, Qurbanov yenə qol görmədi[/b]

Azərbaycan millisinin qələbəsiz oyunlar seriyası 4-ə çatıb. Apasport.az saytının məlumatına görə, Belarusla yoxlama görüşündə də qalib gələ bilməyən yığmamız sonuncu dəfə San-Marinonu məğlub edib.

 

2017-ci il sentyabrın 4-dəki 5:1 hesablı qələbədən sonra 4 matça çıxan yığmamız bunların üçündə uduzub, birində heç-heçə edib.

 

Robert Prosineçkinin baş məşqçiliyi dövründə DÇ-2018-in seçmə mərhələsinin Çexiya ilə matçında 1:2, Almaniya ilə oyununda 1:5 uduzam millimiz Qurban Qurbanovun Moldova ilə qarşılaşmadakı debütündə yenilməmişdi – 0:0. Lakin 46 yaşlı mütəxəssisin ilk məğlubiyyəti artıq 2-ci oyununa, evdəki ilk sınağına təsadüf etdi – 0:1.

 

Komandamız Qurbanovun rəhbərliyi altında iki oyunda bir qol da vura bilməyib.