[b]Hollandiya – Azərbaycan oyununun yeri müəyyənləşdi[/b]
15.02.2016 - 13:07
[b]Hollandiya – Azərbaycan oyununun yeri müəyyənləşdi[/b]

Futzal üzrə dünya çempionatının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək Hollandiya – Azərbaycan matçının baş tutacağı yer dəqiqləşib. Apasport.az saytının məlumatına görə, qarşılaşma Almere şəhərində keçiriləcək.

 

Bu şəhər kifayət qədər yenidi. Belə ki, Almere 1976-cı, oyunun baş tutacağı Almere Poort rayonu isə 2000-ci ildə inşa olunub. Qarşılaşma da bu rayondakı “Topsportsentrum” idman qurğusunda təşkil olunacaq.

 

Martın 22-dəki ilk görüşü qəbul edəcək arena 3 min tamaşaçı tutumuna malikdi. 2007-ci ildə açılışı olan “Topsportsentrum”da keçiriləcək Hollandiya – Azərbaycan matçının biletləri də artıq satışdadı. Azarkeşlər oyunu izləmək üçün 7,5 avro ödəməlidi. 10 və daha böyük fan-qruplarla matça gələnlər isə 5 avroya bilet əldə edə biləcək.

 

Qeyd edək ki, Azərbaycan və Hollandiya yığmaları arasındakı cavab oyunu aprelin 12-də baş tutacaq.