[b]I diviziona 8 komanda buraxıldı, 8-nə vaxt verildi[/b]
09.09.2017 - 15:44
[b]I diviziona 8 komanda buraxıldı, 8-nə vaxt verildi[/b]

Bu gün AFFA və PFL-in birgə komissiyası I divizionda çıxış etmək istəyən klublardan daxil olan müraciətlərə baxıb. Apasport.az saytının məlumatına görə, I divizionda iştirak üçün yalnız 8 kluba icazə verilib.

 

Belə ki, yalnız sənədləri qaydasında olanlar yarışa buraxılıb.

 

Bu üzdən də “Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan” və MOİK-in çempionatda iştirakı dəiqləşib.

 

Amma bu rəqəmin artması da mümkündü. Belə ki, müraciət etmiş digər klublara isə sənədlərini tam təqdim etmək üçün vaxt verilib.

 

Bu 8 komanda - “Binə”, “Şahdağ Qusar”, “Göyəzən”, “Göyçə”, “Xəzər” , “Karvan”, “Energetik” və “Bakılı” sentyabrın 12-də saat 18:00-dək sənədləri təqdim etməlidi.

 

 

0