Sabah Topaz Premyer Liqasında IX tura start veriləcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək turun qarşılaşmaları ilə çempionatın I dövrəsinə yekun vurulacaq.
Həftənin ilk matçı “AZAL Arena”da baş tutacaq ki, paytaxt derbisində mövsümün iki uğursuz komandası üz-üzə gələcək. 4 turdu qələbəyə, son 2 matçda qola və xala həsrət qalan “Neftçi” AZAL-la səfər oyununda sindromu qırmağa çalışacaq. Ardıcıl 7 qarşılaşmada qapısında qol görən “ağ-qaralar” 6-cı pillədəki mövqeyini qorumaq üçün qalib gəlməlidi.
“Neftçi”nin turnir cədvəlindəki qonşuları isə Gəncədə qarşılaşacaq. Çempionat oyunlarına ən çox azarkeş toplayan iki komanda – “Kəpəz”lə “Xəzər Lənkəran” 5-ci yer uğrunda mübarizə aparacaq. Son 7 matçda qapısında qol görən cənublular ardıcıl 2 qələbəsi olan Gəncə təmsilçisini dayandırmağa çalışacaqsa, qərblilər xal hesabında “İnter”ə çatmaq əzmindədi.
Sonuncular isə öz meydanındakı paytaxt derbisində “Rəvan”ı sınağa çəkəcək. Ardıcıl 5 məğlubiyyət aldıqdan sonra Bəhmən Həsənovu yenidən baş məşqçi gətirən qonaqlar xal həsrətini qırmaq arzusundadı. “Bankirlər” indiyədək bütün oyunlarda məğlub etdiyi rəqibindən üç xal almaqla, 3-cü pilləni qaytara bilər.
Avropa Liqasında mübarizəni davam etdirən “Qəbələ”ylə “Qarabağ” isə turun son günündə meydana çıxacaqlar. I dövrənin qalibi də bu oyunlarda bəlli olacaq. Həftənin mərkəzi oyununda “Zirə”ni qəbul edəcək “Qəbələ” özü də qalib gəlməli, ağdamlıların da xal itirməsinə ümid etməlidi.
Ardıcıl 4 “quru” qələbə qazanan əyalət klubu debütantla matçda da favoritdi. Ötən tur “Qarabağ”a böyük hesabla uduzan “Zirə” son 4 oyunda olduğu kimi yenə meydanı qolsuz tərk etməsə, Dmitri Bezotosnının artıq 547-yə çatan quru seriyasını qıracaq.
Mövsümün I dövrəsi Sumqayıtda yekunlaşacaq. Son 2 mövsümün çempionu “Qarabağ” liderliyini qorumaq üçün turnir cədvəlinin aşağı pillələrində qərarlaşan “Sumqayıt”ı məğlub etməlidi. Cari mövsüm qələbə qazanmayan meydan sahibləri son 16 matçda qol sevinci yaşayan çempionu dayandırmaqla son sıralardan uzaqlaşa bilər.
Qeyd edək ki, dövrələrarası fasilə cəmi 3 gün davam edəcək və X turun qarşılaşmaları oktyabrın 28-də - eyni gündə baş tutacaq.
Topaz Premyer Liqası
IX tur
23 oktyabr (cümə)
18:00. AZAL – “Neftçi”
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Elman Musayev, Nail Nağıyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Məlik Həsənov
“AZAl Arena”
24 oktyabr (şənbə)
15:00. “Kəpəz” – “Xəzər Lənkəran”
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Vüqar Bayramov, Ramil Diniyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Fazil Mürşüdov
Gəncə şəhər stadionu
17:00. “İnter” – “Rəvan”
Hakimlər: Rəhim Həsənov, Kamran Bayramov, Vüsal Qənbərov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Şahin Cəfərov
“İnter Arena”
25 oktyabr (bazar)
17:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Munis Abdullayev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Qəbələ şəhər stadionu
19:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Asim Xudiyev
“Kapital Bank Arena”
|
1. |
“Qarabağ” |
8 |
6 |
2 |
0 |
17-7 |
20 |
|
2. |
“Qəbələ” |
8 |
6 |
1 |
1 |
17-4 |
19 |
|
3. |
“Zirə” |
8 |
4 |
3 |
1 |
8-6 |
15 |
|
4. |
“İnter” |
8 |
4 |
2 |
2 |
6-6 |
14 |
|
5. |
“Kəpəz” |
8 |
3 |
2 |
3 |
9-7 |
11 |
|
6. |
“Neftçi” |
8 |
2 |
3 |
3 |
7-8 |
9 |
|
7. |
“Xəzər Lənkəran” |
8 |
2 |
3 |
3 |
6-12 |
9 |
|
8. |
"Sumqayıt" |
8 |
0 |
5 |
3 |
5-9 |
5 |
|
9. |
AZAL |
8 |
1 |
1 |
6 |
3-11 |
4 |
|
10. |
“Rəvan” |
8 |
0 |
2 |
6 |
4-14 |
2 |
Bombardir: Riçard Almeyda (“Qarabağ”) - 5