Bosniya və Herseqovina millisinin qapıçısı İbrahim Şehiç “Qarabağ”da 100-cü oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, 2013/14 mövsümünün əvvəlində Ağdam klubuna keçən 28 yaşlı qolkiper yubileyini Gəncədə qeyd edib.
Topaz Premyer Liqasının XXI turunun “Kəpəz”lə səfər qarşılaşmasınadək (2:1) 99 matçda 54 top buraxmışdı. “Qarabağ” forması geyindiyi 100-cü matçda 55-ci dəfə topu qapısından çıxaran Şehiç Premyer Liqada 69 oyunda 36 qola üzülüb.
Ölkə kubokundakı 7 görüşdə cəmi 1 dəfə rəqiblərin qoluna imkan verən əlcək sahibi avrokuboklarda 24 görüş keçirib. Bu oyunlarda bosniyalı 18 top buraxıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”