[b]İbrahimoviç, Droqba və Qurbanov[/b]
17.02.2016 - 12:39
[b]İbrahimoviç, Droqba və Qurbanov[/b]

Fransanın PSJ klubunun futbolçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının ən intizamsız hücumçusu antirekordunu yeniləyib. Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsinin “Çelsi” ilə ilk qarşılaşmasında sarı vərəqə alan isveçli bu turnirin tarixində 21-ci dəfə belə cəzaya məruz qalıb.

 

O, bununla özünün sahibi olduğu antirekordu və izləyiciləri ilə fərqi artırıb. Çempionlar Liqasının ikinci ən intizamsız hücumçusu Didye Droqbadı. Hakimlər ona 17 sarı vərəqə veriblər.

 

Müqayisə üçün Topaz Premyer Liqasının cari mövsümünə nəzər salsaq, ən intizamsız hücumçu Ruslan Qurbanovdu. Milliləşən rusiyalı çempionatın arxada qalan hissəsində 8 xəbərdarlıq alıb.