PSJ-dən ayrılan Zlatan İbrahimoviç seçim qarşısında qalıb. Apasport.az saytının məlumatına görə, isveçli hücumçu ilə Avropanın bir neçə aparıcı klubu yaxından maraqlanır.
35 yaşlı futbolçu Joze Mourinyonu baş məşqçi postuna gətirməyi planlaşdıran “Mançester Yunayted”dən təklif alıb. “Mankunianlar” “İbrakadabra”nı heyətlərinə qatmaqda israrlıdılar.
Premyer Liqa təmsilçisi azad agent statusu daşıyan Zlatana 1 illik müqavilə təklif edib. Əgər təcrübəli futbolçu sözləşməyə qol çəksə və növbəti mövsümdə özünü yaxşı tərəfdən göstərsə, onun sazişinin müddəti daha 1 illiyinə uzadılacaq.
Qeyd edək ki, karyerası ərzində “Yuventus”, “İnter”, “Barselona” və “Milan” kimi top-klubların formasını geyinmiş İbrahimoviç 2012-ci ildən PSJ-də çıxış edirdi.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"