[b]İki futbolçu yığmanın heyətindən çıxarıldı[/b]
03.06.2018 - 19:50
[b]İki futbolçu yığmanın heyətindən çıxarıldı[/b]

U-21 millimizin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, iki futbolçu yığmadan uzaqlaşdırılıb.

 

Belə ki, zədəli olduqları üçün Rövlan Muradov və Budaq Nəsirov heyətdən çıxarılıb.

 

Qeyd edək ki, millimiz iyunun 4-də Astanada Qazaxıstanın, iyunun 8-də isə Bakıda Macarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək.