[b]“Üçlük”də yeni ad[/b]
17.05.2014 - 20:16
[b]“Üçlük”də yeni ad[/b]

Topaz Premyer Liqasının XXXVI turu mükafatçıların tam tərkibini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, “Qarabağ” və “İnter”in ardından ilk “üçlüy”ə düşən “Qəbələ” tarixində ilk dəfə belə uğura imza atıb.

 

XXII Azərbaycan çempionatının bürünc medalını qazanan əyalət təmsilçisi mükafat qazanan 15-ci klub kimi tarixə düşüb. “Qarabağ” isə 8-ci mükafatı ilə medal sıralamasında 3-cü pilləyə yüksəlib.

Ağdamlılar yalnız qızıl sayının azlığı üzündən “Kəpəz”dən geri qalır.  Ümumi medal sayında isə “Neftçi” hamıdan öndədir.

“İnter” isə 6-cı medalla bu siyahının 4-cüsü olan “Bakı”ya çatıb. İki paytaxt klubunun göstəricilərində mütləq bərabərlik hökm sürür.

 

Premyer Liqanın bütün mükafatçıları

AZƏRBAYCAN ÇEMPİONATLARI

mövsüm

çempion

II yer

III yer

1992

Neftçi

Xəzər S

Turan

1993

Qarabağ

Xəzər S

Turan

1993/94

Turan

Qarabağ

Kəpəz

1994/95

Kəpəz

Turan

Neftçi

1995/96

Neftçi

Xəzri

Kəpəz

1996/97

Neftçi

Qarabağ

Xəzri

1997/98

Kəpəz

Dinamo

Şəmkir

1998/99

Kəpəz

Şəmkir

Neftçi

1999/2000

Şəmkir

Kəpəz

Neftçi

2000/01

Şəmkir

Neftçi

Viləş

2001/02

Yarımçıq qalıb 

 

 

2002/03

Keçirilməyib

 

 

2003/04

Neftçi

Şəmkir

Qarabağ

2004/05

Neftçi

Xəzər-Lənkəran

Karvan

2005/06

Bakı

Karvan

Neftçi

2006/07

Xəzər-Lənkəran

Neftçi

Bakı

2007/08

İnter

Olimpik

Neftçi

2008/09

Bakı

İnter

Simurq

 2009/10

İnter

Bakı

Qarabağ

2010/11

Neftçi

Xəzər Lənkəran

Qarabağ

2011/12

Neftçi

Xəzər Lənkəran

İnter

2012/13

Neftçi

Qarabağ

İnter

2013/14

Qarabağ

İnter

Qəbələ

 

Premyer Liqanın mükafatçıları klublar üzrə

klub

I

II

III

Neftçi (Bakı)

8

2

5

Kəpəz (Gəncə)

3

1

2

Qarabağ (Ağdam)

2

3

3

Bakı (əvvəlki “Dinamo”)

2

2

2

İnter (Bakı)

2

2

2

Şəmkir

2

2

0

Turan (Tovuz)

1

1

2

Xəzər Lənkəran

1

3

0

Xəzər (Sumqayıt)

0

2

0

Xəzri (Bakı)

0

1

1

Karvan (Yevlax)

0

1

1

Olimpik (Bakı)

0

1

0

Simurq (Zaqatala)

0

0

1

Viləş (Masallı)

0

0

1

Qəbələ

0

0

1