[b]İlk mərhələnin son məşqi - FOTOSESSİYA[/b]
17.01.2018 - 09:25
[b]İlk mərhələnin son məşqi - FOTOSESSİYA[/b]

Qəbələ” 2017-2018-ci illər mövsümünün hazırlıqlarını Türkiyədə davam etdirir. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Antalya toplanışının 12-ci gününü başa vurublar.

 

Bölgə təmsilçisi günü bir məşqlə yekunlaşdırıb. Roman Qriqorçukun yetirmələri günün ikinci yarısına təsadüf edən hazırlıq prosesində toplu çalışmalara üstünlük veriblər.

 

Bu, yanvarın 5-də start götürən toplanışın 1-ci mərhələsində son məşq olub.

 

Qeyd edək ki, bu gün İsveçrənin “Sürix” komandası ilə yoxlama matçı keçirəcək “qırmızı-qaralar” mərhələni başa vuraraq 3 günlük istirahətə buraxılacaqlar.

0