Sabah Topaz Premyer Liqasında XXII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək turun ilk görüşü Bakıda baş tutacaq.
Turnir cədvəlinin ilk yarısında qonşu pillələrdə qərarlaşan “İnter”lə “Kəpəz” üz-üzə gələcək. Mövsümün ikinci yarısında qələbə qazana bilməyən paytaxt təmsilçisi qərblilərlə qarşılaşmalardakı uğurlu seriyasını davam etdirməyə çalışacaq. Rəqibinə evdə uduzmayan “bankirlər” qələbə qazanmaqla, Gəncə klubunu arxada qoyacaq. 5 turdu meydanı qolsuz tərk etməyən qonaqlar isə 1 pillə irəliləmək üçün qalib gəlməlidi.
Turun ikinci günündə cədvəlin ikinci yarısında yer alan “Sumqayıt”la AZAL-ın oyunu ilə başlayacaq. “Qonşular”ın qarşılaşması rəqiblərdən heç birinin mövqeyinə təsir etməsə də, hər iki komanda xal aktivini artırmaq əzmindədi. 2016-cı ildə qol və xal həsrəti yaşayan Samir Abasovun yetirmələri 5 turluq qələbə həsrətini qırmaq üçün mübarizə aparacaq. “Gənclik şəhəri” təmsilçisinin növbəti uğursuzluğu isə baş məşqçi istefası ilə nəticələnə bilər. Çünki mövsümün gedişində avrokubok xəyalına da düşən komanda artıq ilk 6 pillədən xeyli uzaq düşüb. “Təyyarəçilər”in məqsədi isə 6 oyundu uduzmadığı rəqibi ilə matçda maksimum nəticə əldə etməkdi.
Turun mərkəzi görüşü Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək. Son illərin çempionu və hazırkı lider “Qarabağ” “Neftçi” ilə üz-üzə gələcək. Heç də ən yaxşı mövsümünü keçirməyən ölkənin ən titullu klubu cari çempionatda rəqibinə uduzmayıb. Qurban Qurbanovun yetirmələri meydana ardıcıl 2 qələbədən sonra “Neftçi”ni də itkisiz keçmək üçün çıxacaq. Son 4 turda 1 qol vurub, uduzmayan Əsgər Abdullayevin yetirmələri isə “beşliy”ə daxil olmaq üçün qalib gəlməlidi.
Turun son günü “Xəzər Lənkəran”la “Zirə” arasında matçla başlayacaq. 10 oyunluq qələbə və qol həsrəti yaşayan cənublular uğursuz seriyanı debütantla görüşdə dayandırmalıdı. Bakılılar 2016-cı ildəki məğlubiyyətsizliyi davam etdirib, liderdən uzaq düşməməyə, izləyicilərindən isə uzaqlaşmağı düşünür. 3 oyundu qol vurub, xal qazanan zirəliləri ilk iki oyundakı kimi minimal hesablı qələbə də qane edəcək.
Həftənin son matçı “Rəvan”la “Qəbələ” arasında keçiriləcək. 8 turdu qələbə qazanmayan autsayder indiyədək evdə xal almadığı əyalət klubunu büdrətmək niyyətindədi. Aşağı dəstəyə yuvarlanmaq təhlükəsi olan Bəhmən Həsənovun yetirmələri medallar uğrunda mübarizə aparan rəqibdən xal alsa, sonuncular mövqeyini əldən verə bilər. Belə ki, ilk “üçlük”də qərarlaşan Roman Qriqorçukun yetirmələri xal itirsə, vəziyyətini xeyli korlayacaq. Əyalət klubu son iki turdakı minimal hesablı qələbələrin davamını gətirməklə liderlərlə xal fərqini azalda da bilər. Amma bunun üçün “Qarabağ”la “Zirə”nin də xal itirməsi lazımdı.
Topaz Premyer Liqası
XXII tur
19 fevral (cümə)
15:00. “İnter” – “Kəpəz”
İlk iki dövrədəki oyunlar: 1:0, 0:0
“İnter Arena”
20 fevral (şənbə)
15:00. “Sumqayıt” – AZAL
İlk iki dövrədəki oyunlar: 1:1, 0:2
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:30. “Qarabağ” – “Neftçi”
İlk iki dövrədəki oyunlar: 1:1, 0:1
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
21 fevral (bazar)
14:00. “Xəzər Lənkəran” – “Zirə”
İlk iki dövrədəki oyunlar: 0:1, 0:1
“Xəzər Lənkəran” mərkəzi stadionu
16:30. “Rəvan” – “Qəbələ”
İlk iki dövrədəki oyunlar: 0:3, 1:1
“Bayıl Arena”
|
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
|
1 |
Qarabağ |
21 |
13 |
5 |
3 |
33-14 |
44 |
|
2 |
Zirə |
21 |
10 |
8 |
3 |
22-15 |
38 |
|
3 |
Qəbələ |
21 |
9 |
7 |
5 |
26-16 |
34 |
|
4 |
Kəpəz |
21 |
8 |
8 |
5 |
25-19 |
32 |
|
5 |
İnter |
21 |
8 |
7 |
6 |
19-15 |
31 |
|
6 |
Neftçi |
21 |
8 |
7 |
6 |
22-19 |
31 |
|
7 |
AZAL |
21 |
7 |
5 |
9 |
12-19 |
26 |
|
8 |
Sumqayıt |
21 |
3 |
9 |
9 |
23-32 |
18 |
|
9 |
Xəzər L |
21 |
3 |
4 |
13 |
10-28 |
13 |
|
10 |
Rəvan |
21 |
2 |
8 |
11 |
14-29 |
8 |
* "Rəvan"ın hesabından 6 xal silinib
Bombardir: Riçard Almeyda (“Qarabağ”) – 8.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”