[b]İlklə yadda qalacaq istefa qoxulu tur[/b]
16.11.2017 - 11:35
[b]İlklə yadda qalacaq istefa qoxulu tur[/b]

Sabah Premyer Liqada XII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, üç gün davam edəcək tur ilklə yadda qalacaq.

 

Belə ki, Bakı Olimpiya Stadionu ilk dəfə çempionat matçına qucaq açacaq. Azərbaycanın ən böyük idman qurğusu turun mərkəzi oyunu olan “Qarabağ” – “Sumqayıt” görüşünə məkan olacaq.

 

Turnir cədvəlinin ilk yarısında qərarlaşan komandaların duelində hər iki tərəf mövqeyini qorumaq üçün mübarizə aparacaq. Son iki turda qələbə qazanan Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının son ev matçına yüksək əhval-ruhiyyədə çıxmaq üçün özünə münasib olan rəqibi yenməlidi. Sumqayıtlılar isə 23 aydı xal ala bilmədiyi Ağdam təmsilçisini büdrətməklə 4-cü pilləni itirmək təhlükəsindən qaça bilər.

 

İkinci oyun günü sülhsevər cütlüyün oyunu ilə başlayacaq. Ardıcıl 5 qarşılaşması 1:1 hesabı ilə başa çatan “Zirə” ilə “Keşlə” yubiley – 10-cu paytaxt derbisinə çıxacaq. Evdə oynayacaq sonuncular uğursuzluq zolağında çıxmaq iddiasındadı. Ramiz Məmmədovla ilk xalı əldə etmək əzmində olan “Keşlə” məhz “Zirə” ilə son dueldən sonra məğlubiyyətləri sıralayır.

 

Ardıcıl 5 oyunda xal qazana bilməyən keşləlilər sonuncu pilləyə yuvarlanmaq təhlükəsi ilə üzləşibsə, qələbə seriyasını 3-ə yüksəltməyə çalışan “Zirə” zirvə üçün döyüşür. Ağdamlılar xal itirsə, Ayxan Abbasovun yetirmələri liderlik şansı qazanacaq. Zirəlilərin məğlubiyyətlə mövqeyini də itirməsi də mümkündü.

 

Turnir cədvəlinin aşağı sıralarında qərarlaşan “Kəpəz”lə “Səbail”in Gəncədəki dueli son pillədən qurtulmaq uğrunda döyüş hesab olunur. Şahin Diniyevin yetirmələri evdə ilk xalını qazanmaq əzmindədi. Son pillədən xilas olmaq üçün mübarizə aparan qərblilər qələbə ilə autsayder imicindən qurtulacaq.

 

Bakılılar isə mövqeyini günü-gündən pisləşdirməmək üçün səfərdən xalla dönməlidi. Ardıcıl üçüncü məğlubiyyət Samir Əliyevin kreslosunu laxlada da bilər. Çünki “Keşlə”nin qələbə qazanması və “Səbail”in məğlubiyyəti sonuncuları 8-ci pilləyə yuvarlayacaq.

 

Tura “Neftçi” və “Qəbələ” arasında duellə yekun vurulacaq. Avrokuboklara vəsiqəyə iddialı olan paytaxt təmsilçisi ilk “dördlük”dən uzaq düşməmək üçün 3 xal qazanmalıdı. Roman Qriqorçukun yetirmələri isə liderlər sırasından qopmamaq üçün xal itirməməlidi.

 

2-ci pilləyə qayıtmaq imkanı olan “qırmızı-qaralar” yalnız qələbə ilə istəyini gerçəkləşdirə bilər. Lakin bunun üçün “Zirə”nin də məğlubiyyəti zəruridi. “Neftçi”nin də irəliləməsi tək özündən deyil, həm də “Sumqayıt”dan asılıdı.


Premyer Liqa

XII tur

17 noyabr (cümə)

 

18:30. “Qarabağ” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ömər Paşayev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Murad Məmmədov

Bakı Olimpiya Stadionu

 

18 noyabr (şənbə)

 

13:00. “Keşlə” – “Zirə”

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Kərim Ağayev

“İnter Arena”

 

15:00. “Kəpəz” – “Səbail”

Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Fazil Mürşüdov

Gəncə şəhər stadionu

 

19 noyabr (bazar)

 

17:00. “Neftçi” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Əli Hüseynov

8-ci km qəsəbə stadionu

 

1

Qarabağ

10

8

1

1

17-4

25

2

Zirə

11

7

3

1

19-8

24

3

Qəbələ

11

7

1

3

16-11

22

4

Sumqayıt

11

5

1

5

14-15

16

5

Neftçi

11

4

1

6

12-11

13

6

Səbail

10

3

0

7

6-16

9

7

Keşlə

11

2

2

7

8-17

8

8

Kəpəz

11

2

1

8

7-17

7

 

Bombardirlər: Mahir Mədətov ("Qarabağ"), Baqali Dabo ("Qəbələ”), Amil Yunanov ("Sumqayıt"), Riçard Qadze ("Zirə") - 5 qol