[b]İngiltərədə rekord, Azərbaycanda “İnter” nümunəsi[/b]
10.04.2017 - 10:45
[b]İngiltərədə rekord, Azərbaycanda “İnter” nümunəsi[/b]

İngiltərə Premyer Liqasında yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Lester”lə oyunda 4:2 hesabı ilə qalib gələn “Everton” mövsümün 42-ci əzmkar qələbəsini rəsmiləşdirib.

 

Bu, “kambek” sayında Premyer Liqanın ən yüksək göstəricisidi.

 

Müqayisə üçün qeyd edək ki, Azərbaycan çempionatında cəmi 9 əzmkar qələbə qeydə alınıb. Keçirilən 98 matçda yalnız 9 dəfə hesabda geri düşən komanda oyunun gedişində dönüş yaradıb və 3 xal əldə edib.

 

“İnter” hamıdan çox – 4 belə qələbə qazanmağı bacarıb. “Qarabağ” 2 matçda dönüş yaradıb. “Qəbələ”, “Zirə” və “Sumqayıt”ın isə hərəyə 1 “kambek”i var.

0