[b]İnnosent Emeqara “Qarabağ”dan getdi[/b]
20.12.2014 - 20:30
[b]İnnosent Emeqara “Qarabağ”dan getdi[/b]

“Qarabağ”ın hücumçusu İnnosent Emeqara komandanın düşərgəsini tərk edib. Apasport.az saytının məlumatına görə, Anasının səhhətindəki problem səbəbindən ötən həftə təcili İsveçrəyə gedən forvard geri qayıtmayacaq.

 

Buna isə Emeqaranın anasının səhhətindəki problem səbəb olub.

 

Qeyd edək ki, bir müddət əvvəl "Qarabağ"a transfer olunan Emeqara Topaz Premyer Liqasında və kubokda 9 oyunda forma geyinib və rəqib qapılarından 6 qol keçirib.