[b]İntizam Komitəsi əcnəbi futbolçuları cəzalandırdı[/b]
22.09.2015 - 11:40
[b]İntizam Komitəsi əcnəbi futbolçuları cəzalandırdı[/b]

AFFA İntizam Komitəsi (İK) növbəti iclasını keçirib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, İK Topaz Premyer Liqasının V turunda baş verən neqativ hallara hüquqi qiymət verib.

 

“Zirə” – “Rəvan” (2:1) matçının 82-ci dəqiqəsində meydan sahiblərinin üzvü Mbah Çimeze qırmızı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

 

Həmçinin “Neftçi” ilə səfər qarşılaşmasının 56-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan qovulan “Xəzər Lənkəran”ın müdafiəçisi Adrian Skarlatake də 1 oyunluq diskvalifikasiyaya məruz qalıb. Cənub təmsilçisi isə buna görə, 200 manat ziyana düşüb.