“Barselona”nın kapitanı Andres İnyesta sıradan çıxıb. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu La Liqanın XXVII turunda “Atletiko” ilə (1:0) matçda zədələnib.
Əzələsi dartıldığı üçün qarşılaşmanın 36-cı dəqiqəsində əvəzlənən 33 yaşlı yarımmüdafiəçinin durumuna aydınlıq gəlib. Həkimlər futbolçunun 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıblar. Bu isə o deməkdi ki, İnyesta La Liqada “Malaqa”, “Atletik” və “Sevilya” ilə, həmçinin Çempionlar Liqasının 1/8 final mərhələsində “Çelsi” ilə cavab görüşünü buraxacaq.
Orta sahə oyunçusu həmçinin İspaniya yığmasının martın 23-də Almaniya, 27-də isə Argentina ilə keçirəcəyi yoldaşlıq görüşlərində iştirak etməyəcək.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq