Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda ötən ayla müqayisədə müəyyən dəyişikliklər baş verib.
Planetin 10 ən güclü komandası arasında yer alan Azərbaycan millisinin mövqeyi isə dəyişməz qalıb. Hesabında 1445 xal olan yığmamız yenə dünyanın 10-cusudu.
Lakin 9-cu olan Qazaxıstanla xal fərqi artıb. “Qonşularımız” artıq 42 xallıq üstünlüyə malikdi. Millimiz isə ən yaxın izləyicisi olan Paraqvayı 40 xal üstələyir.
Ümumiyyətlə ilk “onluq”da yalnız bir dəyişiklik olub. İran millisi İtaliyanı 5-ci pillədən sıxışdırıb. Digər komandaların isə yalnız xal hesabı dəyişib.
Yığmamızın AVRO-2018-in final mərhələsindəki rəqiblərindən İspaniya 1878 xalla 2-ci, Fransa 1235 xalla 23-cüdü.
İlk “onluq”
1. Braziliya - 1931
2. İspaniya – 1878
3. Rusiya - 1762
4. Argentina - 1683
5. İran - 1611
6. İtaliya - 1607
7. Portuqaliya - 1586
8. Ukrayna - 1500
9. Qazaxıstan - 1487
10. Azərbaycan – 1445
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi