İŞİD terror təşkilatı gələn il Rusiyada keçiriləcək dünya çempionatını hədəfə alıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, terrorçular “fotoşop”la düzəldilən bir neçə rəsm vasitəsilə turniri açıq şəkildə təhdid ediblər.
Həmin arxivdəki şəkillərdən birində Argentina millisinin kapitanı Lionel Messi də var. “Barselona”nın hücumçusunun dəmir barmaqlıqlar ardından qanlı göz yaşı tökən yerdə təsvir edilən şəklinin yanında bu cümlə yazılıb: “Lüğətində uğursuzluq olmayan bir dövlətlə savaşırıq”.
Düzəldilən rəsmlərdən birində isə qarşılaşmaların keçiriləcəyi stadionlardan olan “Lujniki”yə doğru baxan bir silahlı militan saatlı bomba ilə yer alıb. Onun üzərində “Rusiyadakı bütün Allahsızlar... Sizə söz, mücahidlərin atəşi yanacaq. Sadəcə, gözləyin”, - yazılıb.
Daha bir rəsmdə dünya çempionatının loqosunun ətrafı qana bulanmış, partlamaq üzrə olan bir bomba çəkilib. Sol əlində avtomat tutan üzü masqalı bir nəfər isə sağ əli ilə terrorçunun xəbərdarlıq mesajını çatdıran işarəni göstərib.
Qeyd edək ki, dünya çempionatı gələn il iyunun 14-dən iyulun 15-nə qədər keçiriləcək.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi