[b]İspaniyada Azərbaycan derbisi baş tutmayacaq[/b]
30.12.2017 - 01:07
[b]İspaniyada Azərbaycan derbisi baş tutmayacaq[/b]

Almaniya II Bundesliqa təmsilçisi “Erzgebirge” qış hazırlıq dönəmini İspaniyada keçirəcək. Apasport.az saytının məlumatına görə, bu barədə yerli mətbuat xəbər yayıb.

 

Aue təmsilçisi bu ölkədə olduğu müddətdə “Ayntraxt”la da sınaq matçı keçirəcək. Görüş yanvarın 6-da baş tutacaq.

 

Hər iki komandanın heyətində Azərbaycan milli komandasının üzvləri çıxış etsə də, budəfəki görüşdə Renat Dadaşov oynamayacaq. Belə ki, frankfurtluların baş məşqçisi Niko Kovaç onu əsas komanda ilə təlim-məşq toplanışına aparmayıb.

 

“Erzebirge”nin əsas üzvlərindən olan digər milli üzvü Dmitri Nazarov isə komandasının heyətində olacaq.