[b]İsrafilov qələbəni kənardan izlədi[/b]
25.03.2018 - 16:02
İspaniya Sequndasında XXXII tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Eddi İsrafilovun çıxış etdiyi “Alkorkon” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Ximnastik”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Eddi keçmiş komandası ilə görüşü başdan sona qədər ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, geridə qalan 32 oyundan sonra aktivində 38 xal olan “Alkorkon” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
0
0