[b]İşsiz qalan məşqçi seriala çəkiləcək[/b]
24.10.2015 - 13:50
[b]İşsiz qalan məşqçi seriala çəkiləcək[/b]

Tanınmış italiyalı məşqçi Karlo Ançelotti aktyorluq bacarığını nümayiş etdirəcək. Apasport.az saytı xəbər verir ki, 56 yaşlı çalışdırıcı seriala çəkilmək təklifi alıb.

 

Ançelotti “Start Track” serialında epizodik rolu canlandırmaq təklifini qəbul edib. O, kosmik gəmidə həkimi rolunu ifa edəcək.

 

Bu serialın təxminən 1 ildən sonra televiziya ekranlarına çıxacağı gözlənilir.

 

Qeyd edək ki, Ançelotti yayda Madrid “Real”ından ayrıldıqdan bəri işsizdi.