[b]İtaliya çempionatında zəlzələ şoku[/b]
27.10.2016 - 13:34
[b]İtaliya çempionatında zəlzələ şoku[/b]

İtaliya çempionatının X turu çərçivəsində keçirilən “Peskara” – “Atalanta” oyunu zamanı zəlzələ baş verib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 5,5 ballıq zəlzələ matçın qısa müddətə dayandırılmasına səbəb olub.  

 

Paytaxt Romaya yaxın ərazidə baş verən zəlzələ “Peskara” – “Atalanta” matçında da hiss edilib. Hadisə meydanda olanları və tribunalara toplaşanları qorxuya salıb. Nəticədə qarşılaşma 2 dəqiqəlik dayandırılıb.

 

Daha sonra isə oyun davam etdirilib.

 

Qeyd edək ki, qarşılaşma “Atalanta”nın 1:0 hesablı səfər qələbəsi ilə başa çatıb.