[b]İtaliya futbolu yasda: millinin müdafiəçisi 31 yaşında öldü[/b]
04.03.2018 - 16:14
[b]İtaliya futbolu yasda: millinin müdafiəçisi 31 yaşında öldü[/b]

İtaliya futbolunda faciə baş verib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, "Fiorentina"nın kapitanı Davide Astori vəfat edib.

 

"Udineze" ilə qarşılaşma öncəsi oteldə məskunlaşan komandanın mərkəz müdafiəçisi yuxudan oyanmayıb. Futbolçunun səhər yeməyinə düşməməsi komanda yoldaşlarını narahat edib. Nəticədə otağa gedən klub nümayəndələri onun cansız bədəni ilə qarşılaşıblar. Astorinin ölümünün səbəbi barədə hələlik bir açıqlama verilməyib.

 

Bu hadisədən sonra İtaliya Futbol Federasiyası A seriyasının bu gün keçirilməli olan XXVII turunun bütün matçlarının təxirə salındığını açıqlayıb.

 

Qeyd edək ki, İtaliya yığmasının da üzvü olan 31 yaşlı Davide Astori "Skuadra Adzurra"nın heyətində 14 matçda 1 qola imza atıb.