[b]Finlandiya Lixteynşteynlə bacarmadı, İspaniyadan bərabərlik - YENİLƏNİB[/b]
08.06.2017 - 01:26
[b]Finlandiya Lixteynşteynlə bacarmadı, İspaniyadan bərabərlik - YENİLƏNİB[/b]

Dünyanın bir sıra ölkələri yoxlama matçlarında üz-üzə gəliblər. Apasport.az saytının məlumatına görə, günün ilk qarşılaşmasında Yaponiya Suriya ilə üz-üzə gəlib - 1:1.

 

Ardınca Asiyanın digər nəhəngi – Çin meydana çıxıb. Onlar Filippini darmadağın ediblər - 8:1.

 

Günün ən maraqlı matçlarından biri isə İtaliya Uruqvay arasında olub. Avropalılar 3:0 hesablı qələbə qazanıb. İspaniya – Kolumbiya dueli də gərgin keçib. Matçda qalib müəyyənləşməyib - 2:2.

 

Yoxlama oyunları

7 iyun

 

Yaponiya – Suriya - 1:1

Qollar: Konno, 58 - Mardikian, 48

 

Çin – Filippin - 8:1

Qollar: Hanq Ren, 3; Xiao Zi, 25; Yu Hançao, 43; Vanq Yanqpo, 54; Yin Honqbo, 57; Zanq Xize, 68; Den Hanven, 71, 90 - Bahadoran, 33

 

Honq-Konq - İordaniya - 0:0

 

Finlandiya – Lixtenşteyn - 1:1

 

Gürcüstan - Sent-Kitts və Nevis - 3:0

 

İraq – Cənubi Koreya - 0:0

 

İtaliya – Uruqvay - 3:0

Qollar: Ximenez, 7 (öz qapısına), Eder, 83, De Rossi, 90+1 (pen.)

 

İspaniya – Kolumbiya - 2:2

Qollar: David Silva, 22, Morata, 87 - Kardona, 39, Falkao, 55