[b]İtaliya yığmasının baş məşqçisi: Favorit göstərilməməyimiz normaldı[/b]
05.05.2016 - 12:07
[b]İtaliya yığmasının baş məşqçisi: Favorit göstərilməməyimiz normaldı[/b]

“Çox çətin qrupdu. Bütün rəqiblərimiz güclüdü. Buna baxmayaraq, hamısına qarşı başabaş mübarizə aparmağa çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət İtaliya yığmasının baş məşqçisi Alessandro dal Kanto deyib.

 

Bu gün ölkəmizdə start götürəcək U-17-lər arasında Avropa çempionatında ilk oyun öncəsi təşkil edilən mətbuat konfransında fikirlərini bildirən dal Kanto komandasının turnirə hazır olduğunu söyləyib: “Bu turnir komandamız üçün böyük təcrübə ola bilər. 17 yaşlıların yarışı olmasına baxmayaraq, final mərhələsidisə, deməli, ciddi yanaşmalıyıq. Hollandiya və İspaniya kimi ciddi rəqiblərlə qarşılaşacağıq. Serbiya komandası da zəif deyil. Əgər qrupdan çıxsaq, Almaniya, Portuqaliya və Fransanı özümüzə əsas rəqib kimi görərəm. Bizim bu turnirdə favorit göstərilməməyimiz normaldı. Amma qalib gələ bilərik və bununla rəqiblərə güclü olduğumuzu göstərərik”.

 

Qeyd edək ki, Serbiya, İspaniya və Hollandiya ilə birlikdə D qrupunda yer alan “Skuadra Adzurra” ilk görüşünü sabah Serbiyaya qarşı keçirəcək.

0