[b]İntellektual, poliqlot, dülgər və bədəninə sarımsaq sürtən: Futbolçular haqqında 13 maraqlı fakt - FOTOSESSİYA[/b]
02.04.2016 - 00:33
[b]İntellektual, poliqlot, dülgər və bədəninə sarımsaq sürtən: Futbolçular haqqında 13 maraqlı fakt - FOTOSESSİYA[/b]

Futbolçular və onların həyatları haqqında bir çox məlumatlar davamlı olaraq mətbuatda yayımlansa da, bəzi maraqlı informasiyalar var ki, onları hətta ən fəal azarkeşlər də bilmirlər.

 

Apasport.az saytı olaraq aktiv və karyerasını bitirmiş bəzi oyunçular haqqında maraqlı məlumatları oxucularımızla təqdim edirik.

 

 

 

 

 

 

 

 

 

1. Lilian Türam

 

French Lilian Thuram (c) is chased by Pa

 

Dünya futbolunun əfsanə müdafiəçilərindən biri olan fransalı Lilian Türam oyun zamanı rəqib hücumçuları narahat etmək üçün matça bədəninə sarımsaq sürtüb çıxırmış.

 

2. Qaret Beyl

 

FBL-ESP-LIGA-REALMADRID-BALE

 

Madrid “Real”ının uelsli hücumçusu Qaret Beyl uşaq vaxtı oynadığı məhəllə futbolu haqqında danışarkən qeyd edib ki, ədalətli oyun getməsi üçün ona sol ayağından istifadə etməyi qadağan ediblərmiş.

 

3. Karlos Bakka

 

AC Milan v SS Lazio - Serie A

 

“Milan”ın kolumbiyalı hücumçusu Karlos Bakka çox yox, 7 il öncə dolanışığını təmin etmək üçün balıqçılıqla məşğul olub.

 

4. Kristiano Ronaldo

 

FBL-EURO-2016-FRIENDLY-POR-BEL

 

“Real”ın ulduz futbolçusu Madeyra doğumludur. Hətta uşaq vaxtı Madeyra ləhcəsi ilə danışdığı üçün ibtidai sinif müəllimi ona əsəbləşib və döyüb.

 

5. Emanuel Adebayor

 

Tottenham Hotspur v Crystal Palace - The Emirates FA Cup Fifth Round

 

Karyerası boyunca “Monako”, “Arsenal”, “Real” və “Tottenhem” kimi klublarda oynamış Emanuel Adebayor 4 yaşına qədər yeriyə bilməyib.

 

6. Cilberto Silva

 

AEK Athens FC v Panathinaikos FC - Super League

 

Braziliya milli komandasının və “Arsenal”ın keçmiş ulduzu Cilberto Silva vətənində “Atletiko  Mineyro”da oynayarkən aldığı əməkhaqqı çox az olduğu üçün əlavə iş olaraq dülgərliklə məşğul olurmuş.

 

7. Eysebio

 

Football legend and former Portugal's na

 

Portuqaliya futbolunun gəlmiş-keçmiş ən yaxşı futbolçularından hesab olunan Eysebionun karyerasında yerinə yetirə bilmədiyi ilk penaltini kim çıxartsa yaxşıdı? Məşhur baş məşqçi Joze Mourinyonun atası.

 

8. Andrey Şevçenko

 

Laureus Andriy Shevchenko Ambassador Announcement

 

Bir zamanlar “Trabzonspor”a təklif olunan Andrey Şevçenko haqqında o vaxtın klub prezidenti Atay Aktuğ “Hürriyet” qəzetinə belə açıqlama vermişdi:

- “Onu alacaq imkanımız var idi, ancaq Şevçenkodan “bir cacıq olmaz”.

 

9. Franz Bekkenbauer

 

Hamburger SV v Karlsruher SC

 

Almanların əfsanə qolçusu Franz Bekkenbauer yubiley oyununda öz qapısına qol vuran yeganə futbolçudu.

 

10. Manuel Noyer

 

Germany v England - International Friendly

 

Karyerasını davam etdirən qapıçılar arasında ən yaxşılardan biri hesab olunan almaniyalı Manuel Noyer 73 metr məsafədən buraxdığı qolla ən uzaq məsafədən qol buraxan qapıçı kimi tarixə düşüb.

 

11. Martin Palermo

 

Argentine former Boca Juniors footballer

 

Argentinalı Martin Palermo milli komandanın heyətində Kolumbiya ilə oynanılan oyunda 3 penaltidən istifadə edə bilməyərək, bir oyunda ən çox penalti qaçıran oyunçu kimi tarixə düşüb.

 

12. Frenk Lempard

 

Manchester City v Southampton - Premier League

 

Dünyanın ən intellektual oyunçularından biri olan Frenk Lempardın İQ səviyyəsi düz 150-dir.

 

13. Peter Çex

 

FBL-EUR-C1-ARSENAL-TRAINING

 

Çexiyalı qapıçı Peter Çex həm də poliqlotdu. Peter ana dili çexcədən başqa ingilis, portuqal, ispanca və fransızca rahat danışa bilir.

0