Topaz Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, turun oyunlarından birinin keçirilmə günü dəyişdirilib.
Belə ki, oktyabrın 25-də keçirilməli olan AZAL – “Neftçi” matçı 2 gün ertələnib. Buna səbəb turun bütün oyunlarının canlı yayımlanmasıdı.
Digər qarşılaşmalar isə növbəti 2 gündə keçiriləcək. Tur “Sumqayıt” – “Qarabağ” matçı ilə başa çatacaq.
23 oktyabr (cümə)
18:00. AZAL – “Neftçi”
“AZAL Arena”
15:00. “Kəpəz” – “Xəzər Lənkəran”
Gəncə şəhər stadionu,
24 oktyabr (şənbə)
17:00. “İnter” – “Rəvan”
“İnter Arena”
25 oktyabr (bazar)
“Qəbələ” – “Zirə”
17:00. Qəbələ şəhər stadionu
19:00. “Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”
Mənbə: pfl.az